"Cığır" romanı özbək dilində çap edilib - ÖZƏL
27 Noyabr 2023 13:10 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Yazıçı-publisist, tarixi romanlar yazarı Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr olunan "Cığır" romanı özbək dilində çap edilib.
Olaylar.az xəbər verir ki, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən kitabı orijinaldan özbək dilinə dosent Gülbahar Aşurova çevirib.
Qeyd edək ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu" romanları işıq üzü görüb və populyarlıq qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31