Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək
17 Noyabr 2023 18:35 SosialXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov noyabrın 22-də saat 10:00-da Şirvan şəhər Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi 1 B) Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları qəbul edəcək.
Olaylar.az xəbər verir ki, qəbul zamanı Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla ( https://customs.gov.az/az/muracietler/sedre-mektub ) qəbula yazıla bilərlər.