Laçında infrastrukturu yenidən qurulan XƏSTƏXANADAN BİRBAŞA BAĞLANTI
17 Noyabr 2023 16:50 SosialLaçın şəhəri azad edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılan ən vacib obyektlərdən biri də "Laçın Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin binasıdır.
AzTV-nin Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, işğal müddətindən dağıdılan xəstəxananın binasında infrastruktur yenidən qurulur.
1 korpus, 3 mərtəbədən ibarət olan xəstəxana binasında tikinti işləri yekunlaşmaq üzrədir. Yeni köməkçi binalar da inşa edilir.
İcraçılar bildiriblər ki, yaxın gələcəkdə xəstəxana Laçın sakinlərinin istifadəsinə veriləcək.
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:
https://www.youtube.com/watch?v=g8OlLSLkHGQ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31