Dağılan ailələrin travmatik uşaqları...

Təkcə keçdiyimiz 20 gün ərzində iki qadın oğul övladı tərəfindən qətlə yetirilib. Biz "məişət zorakılığına yox" dedikcə, zorakılıq artmaqda davam edir. Üstəlik, problem hər zaman həyat yoldaşı, ata olmur. Bəzən qadınların özlərinin dünyaya gətirdikləri övladları belə onlara qənim kəsilə bilir. Övladları da bu vəziyyətə gətirən başlıca səbəblərdən biri elə ailə mühitidir. Boşanmaların sayı olduqca artıb. Bunun yaxşı və ya pis hal olduğunu anlamağımız üçün cəmiyyətə ən az on il lazım olacaq. Bəs, şiddətin hər növünün, zorakılığın olduğu ailələrdə böyüyən uşaqlar necə? Onların aqibətini elə indidən görmək mümkündür. Cəmiyyətin boşanmağa qarşı olan duruşu elə ən sonda cəmiyyətin korlanması ilə nəticələnir. 

Dağılan ailələrdə azyaşlılar necə travma alır?

Sevgi ilə bir araya gələn cütlüklər bəzən əks hisslərlə yollarını ayıra bilirlər. Bu, ən çox uşaqlara təsir edir. Şübhəsiz ki, evliliyə girən hər kəs onu ömür boyu davam etdirmək niyyəti ilə imza atır. Ancaq hər evlilik uzun sürmür. Cütlüklər yollarını ayırarkən fikir ayrılıqları və mübahisələr təbii bir boşanma prosesidir. Bu prosesin şahidi olmaq uşaqlar üçün təbii və sağlam nəticələr vermir. Evliliklər bitə bilər, ər-arvad ayrıla bilər, amma valideynlik vəzifəsi bitmir.  Nəticədə dağılmış ailələrin emosional olaraq sınmış övladları olur. 

Ailələr problemlərini uşaqlarına əks etdirmədən bu prosesi idarə edə bilərlərmi? Prosesə həddən artıq cəlb olunan uşaqlar hansı problemlərlə mübarizə aparırlar? Valideynlər uşağa boşanacaqlarını necə izah etməlidirlər? Beləliklə, uşaqlar boşanmalarda özlərini məsuliyyət daşıyırlarmı?

"Olaylar" problem ilə bağlı xarici ekspertlərin fikirlərini bir araya toplayıb:

Valideynləri boşanma prosesində olan uşaqlarda hansı emosional dəyişikliklər müşahidə olunur?

Məsələn, yeniyetməlik dövründə daha çox hirs və aqressiv davranışlarla qarşılaşdığımız halda,  məktəb dövründə bir az daha çox narahatlıq və bir az daha bağlılıq; Anaya və ya ataya "yapışmaq" kimi hallar müşahidə edilə bilər. Məktəbəqədər yaş dövründə bir az daha körpələşmə, yəni körpə olduqları dövrə bir az daha yaxınlaşan davranış modelləri görə bilərik. Ancaq bu üç qrupda müxtəlif yaşlarda, yəni yeniyetməlik, məktəb dövründə və ya məktəbəqədər dövrdə yataq islatma davranışı ola bilər. Baş barmaq əmmə və ya dırnaqyemə kimi davranışlar baş verə bilər. Qəzəb, qışqırma, inadkarlıq, qapıları döymə və ya çırpma, özünü yerə atma kimi davranışlar da görülə bilər.

Ailələr öz problemlərini uşaqlarına əks etdirmədən bu prosesi idarə edə bilərlərmi?

Qəzəb, geriləmə və ya narahatlıq... Boşanmaya uşaqların davranış reaksiyalarından bir neçəsi... Yaxşı, ailələr öz problemlərini uşaqlarına əks etdirmədən bu prosesi idarə edə bilərlərmi? Uşaqlar üçün proses daha asan keçə bilərmi?  

Cütlüklərin boşanma mərhələsində iki fərqli davranış modeli sərgilədiyini deyir ekspertlər. Bəs bu davranışlardan hansı düzgündür?

Uşaqlar həssaslıqla bəzi hiss və düşüncələri götürür. Buna görə biz böyüklər olaraq öz qərarlarımızı tez gözdən keçirməli, əmin olmalıyıq. Val8ideynlər bu prosesi sağlam şəkildə idarə etdikdə uşaqlarda uzun müddət belə davranışlar baş vermir. Onlar, ilk həftədə baş verən hadisəni həzm etmədikləri üçün məna verə bilmirlər. Bu cür davranışlar görünsə də, uzun müddət ərzində xroniki hala gələ biləcək davranışlar olmur. Əgər bu davranışlar artıq xroniki hala gəlibsə, məsələyə fərqli ölçülərlə yanaşılmalıdır. 

Bəs uşaqlar valideynləri ayrılır deyə özlərini günahlandırmağa meyllidirlər?

"Axşam yeməyimi yeməmişəm, ona görə də atam və ya anam evi tərk edir" kimi fikirlər formalaşır. Boşanma prosesini söyləmək bizim üçün çox vacibdir. Əgər belə avtomatik düşüncələr formalaşmağa başlayırsa, müdaxilə etmək şərtddir. 

Boşanmaq evlənmək qədər təbiidir

Valideynləri boşanmış uşaqlar çox vaxt "travmatik" sayılırlar, çünki onların iki fərqli aranjımanı var. Ancaq, boşanmaq bəzən problemli evdə uşağın yaşayacağı travmaların qarşısını alır.  Çünki uşağın dava-dalaşda böyüməkdənsə, nisbətən sakit bir mühitdə böyüməsi və həyatına davam etməsi çox daha yaxşı olar. Məsələn, bəzən belə də ola bilər; "Bizim heç vaxt davamız olmayıb. Heç bir ünsiyyətimiz olmayıb. O qonaq otağında oturmuşdu, mən mətbəxdə idim. Uşağa bundan təsirlənmədi". Əslində bu cür ünsiyyətin olmaması, evdə dialoqun, söhbətin olmaması uşaqlara çox təsir edir. Ona görə də düzgün həyata keçirilən boşanma prosesi uşaq üçün travma kimi müəyyən edilməməlidir.

"Kral uşaq" sendromuna qarşı diqqətli olun

Boşanmaqda özünü günahkar hiss edən valideynlər çox vaxt uşaqların istədiyi hər şeyi etməyə meyllidirlər. Ancaq bu, başqa problemlərə gətirib çıxarır. Tərəflər uşağa daha çox travma verməmək üçün verici ola bilirlər. O, istədiyi hər şeyi ala bilir. Yuxu rejimi dəyişir. Vəzifə və öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Nəticədə uşaq "Kral uşaq" sendromuna tutulur. 

Nə olursa olsun, uşaqların bu cür formalaşmasına göz yummamalıyq.

Valideynlikdən istefa olunmur

Bir-birimizi nə qədər günahlandırırıq? Bu prosesdə rəqabət mühiti varsa, biz bunu uşaqlarımıza nə dərəcədə əks etdiririk? Uşağımızdan nə dərəcədə bu prosesin bir hissəsi kimi istifadə edirik?

Mütəxəssislər boşanma mərhələsində olan cütlərin bu sualları özlərinə vermələri lazım olduğunu söyləyir və belə davam edir:

Onlar əslində ər-arvad olaraq boşanırlar. Boşanma, ayrılma, atılma zamanı valideynlikdən əl çəkməkdən söhbət gedə bilməz. Bunun mümkünsüz olduğunu əvvəl özümüzə, sonra övladımıza xatırlatmalıyıq. Nə qədər ki, o bilir, onu tək qoymayacağıq, problem olmayacaq.

Əfsanə Səlimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31