Rusiya və Braziliya nüvə enerjisi üzrə yeni sazişi müzakirə edirlər
19:39 DünyaRusiya və Braziliya nüvə enerjisi sahəsində yeni əməkdaşlıq sazişi üzrə danışıqlar aparır.
Olaylar xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın Braziliyadakı səfiri Aleksey Labetski iqtisadi inkişaf naziri Maksim Reşetnikovun sədrliyi ilə keçirilən ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Rusiya-Braziliya Hökumətlərarası Komissiyasının 13-cü plenar iclasında bildirib:
"Bu mövzu ilə bağlı danışıqlar davam edir, lakin bir sıra texniki məsələlər var. İndi isə danışıqlar nüvə enerjisi üzrə yeni əməkdaşlıq sazişinin imzalanması üzərində gedir. Bu saziş hazırda iki ölkə tərəfindən nəzərdən keçirilir. Amma "Rosatom" burada fəaldır və onların yaxşı perspektivləri var", - Labetski bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31