Əjdər İsmayılovun genetik yaddaşından gələn alimlik birdən-birə yaranmayıb - ÖZƏL

"Biz Cavid bəylə bu cəmiyyəti yaratmazdan öncə xeyli müzakirələr etmişik və axırda gəlib Turan Araşdırmalar Mərkəzinin üzərində dayandıq. Özü də dedik ki, bunun prezidenti, fəxri sədri mütləq Əjdər müəllim olmalıdır".
Olaylar.az xəbər verir ki, bunu görkəmli tarixçi, filoloq-türkoloq Əjdər İsmayılovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi sessiyada çıxışı zamanı yazıçı,publisist Yunus Oğuz deyib.
"Mən demək olar ki, Əjdər müəllimin bütün kitablarını oxumuşam. Hətta bəzən Cavid bəylə redaktə də etmişik ki, bunu publisist dilə necə çevirək ki, geniş oxucu kütləsi olsun. Çünki Əjdər müəllim faktiki olaraq akademik dildə yazırdı. Təbii ki, Əjdər müəllimin genetik yaddaşından gələn bu alimlik birdən-birə yaranmayıb, birdən-birə həyata keçirilməyib. Əjdər müəllimin özünün mütaliəsi onu məcbur edirdi ki, bu yolu tutsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31