Yunus  Oğuz:  "Cənab prezident mediaya yeni nəfəslik verdi"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nu təsdiq edib. Beləliklə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur.

Məsələ ilə bağlı  "Olaylar" qəzetinin  baş redaktoru  Yunus  Oğuz  bildirib ki, cənab prezident Vergi Məcəlləsinə dəyişiklik etməklə,bir növ mediaya yeni nəfəslik verdi. "Məlum oldu  ki, audiovizual istisna olmaqla qalan media mənfəət, reklam, gəlir vergisindən azad edilməklə yeni bir mərhələyə qədəm qoyur. Bu onun təzahürüdür ki, media cənab prezidentin  həmişə olduğu kimi diqqətindədir. Belə ki, bu dəyişiklik medianın inkişafı üçün stimul olacaq.-deyə Yunus  Oğuz əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31