Zəlzələ qurbanlarına yardımlar Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul edilir
8 Fevral 2023 10:51 SosialKahramanmaraş və ətraf bölgələrdə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş insanlara dəstək məqsədilə yardımların toplandığı ünvan texniki səbəblərdən dəyişdirilib.
"OLAYLAR"-a Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, yardımla bağlı Babək prospektində yerləşən Doğtaş Mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi olaraq müəyyən edilib.
Zəlzələ qurbanlarına dəstək olmaq istəyənlər yardımlarını Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinə gətirə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31