Qardaş köməyinə Yardımlı rayon sakinləri də qoşulublar - ÖZƏL
8 Fevral 2023 10:43 SosialQardaş Türkiyədə baş verən zəlzələdən zərər görmüş insanlara Qardaş köməyinə Yardımlı rayon sakinləri də qoşulublar.Təşkilatçılar əməkdar məşqçi Samir Həsənov və şair İqbal Nəhmətdir. Bunu "Olaylar"a deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, tarixən olduğu kimi yenə də qardaşlarımızın yanındayıq: "Bir neçə tarixi fakt: Balkan savaşlarında, Çanakkala müharibəsində qardaşımızın yanında olduq.Nuru Paşa komutanlığında Azərbaycan və Osmanlı hərbçilərindən ibarət Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdi.Bakıda dərc edilən "Qardaş köməyi" dərgisindən toplanan vəsait türk qardaşlarımıza göndərilirdi. İstiqlal savaşında yenidən qardaşımızın yanında olduq. İkinci Dünya müharibəsi illərində Nuru Paşa Faşist Almaniyasında əsir düşərgələrini gəzərək onlarla azərbaycanlını ölümdən xilas etdi.SSRİ-nin hələ mövcud olmasına və müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, türk hökuməti 1991-ci ilin noyabrında dövlət müstəqilliyimizi tanıdı.Ulu öndər Heydər Əliyev " Bir millət, iki dövlət", Prezident İlham Əliyev " Bir millətin iki diasporu olmaz" dedi. 44 günlük Vətən müharibəsində qardaşımız yanımızda oldu.Qardaşımızın yanındayıq..."