Maşınların İçərişəhərə giriş-çıxışı məhdudlaşdırılır
26 Yanvar 2023 10:11 SosialƏziz Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq 26 yanvar 2023-cü il tarixində Qoşa Qala qapılarından İçərişəhər ərazisinə nəqliyyat vasitələrinin giriş və çıxışı məhdudlaşdırılacaq.
Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilir ki, qeyd olunan tarixdə Qoruq ərazisinə alternativ olaraq giriş və çıxış Neftçilər prospektindən nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31