Regional idarəetməyə keçid surətləndirilməlidir - ÖZƏL
25 Yanvar 2023 10:51 Sosial"Bu günlərdə paytaxt rayonlarının birində icra başçısının vətəndaş qəbulundakı iştirakimdan sonra belə qənaətə gəldim ki, biz regional idarəetməyə keçidi surətləndirməliyik. Çünki problemi həll etmək üçün icra başçılarında ən xırda bir səlahiyyət belə qalmayıb". "Olaylar" xəbər verir ki, bunu deyən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqli bildirib ki, regional idarəetməyə keçidi edərkən illər öncə mərkəzi icra orqanlarının pərakəndə şəkildə yaratdıqları strukturu iqtisadi zonalara uyğunlaşdırmalı və rayon icra hakimiyyətinə aid edilən bir çox səlahiyyətləri bələdiyyələrə verməliyik: "Ancaq bələdiyyələrə səlahiyyət verməmiş bu strukturdakı problemlərin həllinə nail olmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31