Xalq artisti həyatını sığortalatdırır
24 Yanvar 2023 16:40 SosialXalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, estrada ulduzunu buna vadar edən səbəb üçgünlük solo konsertində riskli performans göstərməyi planlaşdırması olub.
Röya Bakı Konqres Mərkəzində baş tutacaq olan tədbirlərində həyati təhlükəsi olan xoreoqrafik hərəkətlərlə tamaşaçıları təəccübləndirməyi hədəf alıb. Həftələrdir hazırlıq prosesi davam edən Xalq artisti bunları nəzərə alaraq həyatını sığortalatmaq niyyətinə düşüb.
Qeyd edək ki, 27-28-29 yanvar tarixlərində keçiriləcək solo konsertin rejissoru Ranar Musayevdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31