Vüsalə Əlizadənin verilişi yenə yarımçıq dayandırıldı - VİDEO
24 Yanvar 2023 14:32 SosialATV-də yayımlanan və aparıcılığını Vüsalə Əlizadənin etdiyi "7 Canlı" verilişinin yayımı yenidən yarımçıq kəsilib.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, proqramın qonaqları müğənnilər Şəbnəm Tovuzlu, Tərlan Novxanı və Ceyhun Sazmen olub.
Tərlanın ifasından sonra verilişin yayımı dayanıb. Daha sonra reklamlar və anonslar yayımlanıb.
Məsələ ilə bağlı Şəbnəm Tovuzlu instaqramda paylaşım edib. O, "Texniki səbəbdən veriliş kəsildi" deyə, yazıb.
Qeyd edək ki, bundan əvvəl də "7 Canlı" verilişinin yayımı dəfələrlə yarımçıq kəsilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31