Məktəblərdə baş verənlərlə bağlı həyəcan təbili çalmağın vaxtı çatıb - ÖZƏL
24 Yanvar 2023 11:09 Sosial"Müəllim heç bir halda müəllim adına yaraşmayan davranışa yol verməməlidir. Çünki o, öyrədən və tərbiyə verən bir şəxsdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, tərbiyə vermək müəllimin bilavasitə vəzifəsidir: "Hesab edirəm ki, məktəblərimizdə baş verən belə hallarla bağlı həyəcan təbili çalmağın vaxtı çatıb. Məktəblərdə direktor, valideyn və şagirdlərin iştirakı ilə ciddi tədbirlər həyata keçirilməlidir. Həm profilaktik söhbətlər aparılmalı, həm də maarifləndirmə tədbirləri görülməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31