Uşaqlara temperatur salıcı dərmanlar nə zaman təyin edilməlidir? - ÖZƏL

Hazırda uşaqlarda temperatur və öskürəklə müşahidə olunan xəstəliyin yayılması müşahidə olunmaqdadır. Məsələ orasındadır ki, bəzi valideyinlər ev şəraitində müalicəyə üstünlük verdiklərindən uşaqların temperaturunu aşağı salmaq mümkün olmur. Bəs, hansı halda uşaqlara temperaturu salan dərman vermək olar? "Olaylar"ın məlumatına görə, Pediatr Dr.Nigar Suleymanova bildirib ki, temperatur 38 dərəcə və yuxarıdırsa temperatur salan paracetamol tərkibli sirop və ya tabletdən həkimin məsləhəti ilə qəbul edilə bilər: "Bu zaman 2 saat ərzində bir dərəcə də olsa düşməlidir. Temperatur salıcı dərmanların təsir müddəti 4-6 saatdır. 3,5-4 saat sonra temperatur yenidən yüksəlirsə təkrar paracetamol tərkibli dərman qəbul edilə bilər. Əgər temperatur 39-40 dərəcədən heç düşmürsə mütləq araşdırılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31