Məhkəmə Murad Dadaşovun şirkətinə qarşı iddia ilə bağlı qərar çıxardı

Bakı Kommersiya Məhkəməsində "Kanq Media Production" MMC-nin "M Group Production" MMC-yə qarşı iddiasına baxılıb.

Olaylar.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, "Kanq Media Production" şirkətinin iddiası qismən təmin edilib.

Qeyd: "Kanq Media Production" MMC "M Group Production" MMC-ni məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Daha əvvəl "M Group Production" MMC "Kanq Media Production" MMC-ni məhkəməyə verərmişdi.

Xatırlatma: "M Group Production" MMC-nin rəhbəri şoumen, tanınmış teleaparıcı, prodüser, Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovdur. Şirkət 2003-cü ildə yaradılıb.

Pravda.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31