Məktəblərdə qış tətilinin vaxtı açıqlandı

Məktəblilərin qış tətili günləri açıqlanıb. 

Elm və Təhsil Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili olacaq.

Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü fevralın 1-dir. 

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31