Əməliyyat zamanı qayçı qızın qarnında qaldı - VİDEO

Gürcüstanda aylar öncə əməliyyat edilmiş soydaşımızın bədənində əməliyyat zamanı istifadə edilən qayçının qaldığı müəyyən edilib.

Olaylar.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, əməliyyatdan bir müddət sonra 22 yaşlı Səbinə Güləhmədovanın bədənində yenidən güclü ağrılar baş qaldırıb.

Dərhal bu barədə əməliyyatı edən həkimə məlumat verilib. Gənc qız eyni həkim briqadası tərəfindən yenidən əməliyyat edilib və qayçı qızın bədənindən çıxarılıb.

Əməliyyatı icra edən cərrah Nika Sarauli ilə əlaqə saxladıq. O, baş vermiş hadisə ilə əlaqədar danışmasa da, Səbinə Güləhmədovanın hazırkı vəziyyətinə aydınlıq gətirib.

Hazırda Səbinə Güləhmədovanın müalicəsi davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31