Üz skeletinin inkişafdan qalması psixoloji problemlər yarada bilər

"Günümüzdə üz skeletinin inkişafdan qalması ilə əmələ gələn deformasiyaları ilə yaşayan bir çox insan mövcuddur. Onlarda qida qəbulu pozulmasına gətirən dişləmin pozulması, üzün əyriliyinə gətirən çənənin həddindən artıq irəlidə və ya arxada olması, digər funksional və estetik pozuntulardı. Bu səbəbdən həmin şəxslərdə müxtəlif psixoloji komplekslər (cəmiyyətdən sosial təcrid, özünə qapanma, əmək fəaliyyətlərinin aşağı düşməsi və s.) yarana bilər". "Olaylar"ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsmayıl Fərzəliyev bildirib ki, bu əməliyyatlar üz-çənə cərrahiyyəsində ümumən "ortoqnatik cərrahiyyə" adlanır və cərrahla ortodontun müştərək məsulu olmalıdır: "Bu zaman pasient ortodont və cərrah tərəfindən konsultasiya edilir və müalicənin bir hissəsi olaraq cərrahi müalicənin lazımlığının olub olmamasına qərar verilir. Əməliyyat adətən 17 yaşında üz skeleti sümüklərinin inkişafı tamamlanmış olduqda aparılır. Cərrahi əməliyyatın planlaması olduqca vacib bir məsələdir. Müasir rəqəmli texnologiyaları tədbiq etmədən bu əməliyyatların uğurlu nəticəsini gözləmək olmaz. Əməliyyat ümumi anesteziya altında icra edilir. Cərrahi əməliyyatın həcmi deformasiyanın ağırlığından asılıdır. Əməliyyat sonrası ağrı isə demək olar ki, olmur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31