Aktrisa Çimnaz: "Hər zaman üzümüzü güldürən Tünzalə bu gün bizi ağlatdı" - VİDEO

Sonuncu dəfə Tünzalə xanımla  "Bizimləsən" verilişində görüşmüşdüm. Çox ağır itkidir. Tünzalə xanım hər zaman bizim ürəyimizdə "Toppuş bacı" kimi qalacaq".

Olaylar.az xəbər verir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində aktrisa Çimnaz Sultanova deyib.

Əməkdar artist Tünzalə Əliyeva ilə vidalaşmaq üçün Heydər məscidinə gələn sənətçi mərhumla bağlı xatirələrini bölüşüb:

"Aktyorlar işləmirlər, onlar teatrda xidmət edirlər. Səhnəyə çıxmamağın bir tək səbəbi ölümdür. Tünzalə cəsarətli xanım idi. O cəsarətlə də bu xəstəliklə mübarizə aparırdı. Allah rəhmət eləsin. Bu xanım hər zaman bizi güldürüb, sevinc bəxş edib. Amma o, bu gün bizi ağladır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31