Vətəndaşlar məhkəməyə elektron qaydada müraciətlə bağlı maarifləndirilməlidir - ÖZƏL
23 Yanvar 2023 11:27 SosialBəzi vətəndaşlar məhkəmələrə elektron qaydada müraciət zamanı müəyyən problemlə üzləşməli olurlar. Əldə etdiyimiz məlumata görə, yaranan problem həmin vətəndaşların müasir informasiya-kommunikasiya texnologiyaları ilə bağlı bilik və bacarıqlarının kifayət qədər olmaması ilə əlaqədardır. "Olaylar"ın məlumatına görə, vəkil Ramil Rüstəmov qeyd edib ki, məhkəmələrə elektron qaydada ərizələrin verilməsinin tətbiqi internetdən xəbəri olmayan vətəndaşların Konstitusiyamızın 60 cı maddəsi ilə onlara verilən məhkəməyə çatımlılıq hüququnu məhdudlaşdırır: "Bu da kifayət qədər vətəndaşın hüququnu məhdudlaşdırır. Öncə vətəndaşların elektron məhkəməyə çıxışı ilə bağlı lazımi vasitə və imkanlarla təmin edib sonra e- məhkəməyə keçid edilməli idi. Keçiddən əvvəl isə əhali bu barədə maarifləndirilməlidir. Bir müddət elektron ərizə verməklə yanaşı əvvəlki dəftərxanaya və poçta vermək forması da saxlanmalı idi".