Bakıda ağır qəzada həlak olan bu yüksək vəzifəli şəxsdir? - AÇIQLAMA

Göygöl rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyevin Bakıda sərxoş halda idarə etdiyi 25-BG-025 dövlət qeydiyyat nişanlı avtomobildə qəzaya düşərək həyatını itirməsi ilə bağlı məlumat yayılıb.

Olaylar.az xəbər verir ki, Manset.az-ın əməkdaşı yayılan məlumatla bağlı Vasif Əliyevlə əlaqə saxlayıb. O, yazılanların yalan olduğunu bildirib:

"Mən yaxın günlərdə Bakıda hər hansı qəza törətməmişəm. Yazılanlar həqiqəti əks etdirmir. Bu mənə qarşı təxribatdır. Məsələ ilə bağlı polisə müraciət etməyə gedirəm. Mən bu məlumatı yayanların cəzalandırılmasını tələb edəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31