Müəllimin nüfuzunun qorunması üçün ciddi çalışmalıyıq
23 Yanvar 2023 10:53 Sosial"Hazırki şəraitdə məktəb-valideyn əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır. Müəllimlərə həssas məsələlərlə bağlı diqqətli olmaqla bağlı ciddi tapşırıqlar verilməli, qaydaları pozan müəllimlər ciddi cəzalandırılmalıdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, təcrübəsi yetərli olmayan, direktor olmağa layiq olmayan insanlar məktəblərə rəhbər təyin edilməməlidir: "Eyni zamanda, müəllimin nüfuzunun qorunması üçün ciddi çalışmalı, onları alçalda və şagirdlərin gözündən sala biləcək açıqlama və bəyanatlara son qoymalıyıq. Bununla yanaşı sözügedən məsələnin psixoloji və sosioloji səbəblərinin araşdırılması istiqamətində tədbirlərə başlamalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31