Bu gün bütün bələdiyyələrin millət vəkillərdən bir umacaqları var - ÖZƏL
23 Yanvar 2023 10:18 Sosial"Milli Məclisin tribunasında bələdiyyələrin qarşılaşdığı problemləri və onun həlli yollarını digər komitələrin üzvlərindən əvvəl məhz Regional məsələlər Komitəsinin üzvləri səsləndirməli və qaldırdıqları problemin həllinə nail olmaq üçün çalışmalıdırlar". "Olaylar"ın məlumatına görə, bunu deyən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqli bildirib ki, bu gün bütün bələdiyyələrin millət vəkillərdən, xüsusəndə Regional məsələlər Komitəsinin üzvlərindən bir umacağı var, o da bu qurumların fəaliyyətinə dəstək verilməsidir: "Odur ki, hər dəfə bələdiyyələri "tənqid atəşinə" tutmaqla onları borclu çıxarmaq yox, əksinə seçici olaraq hər birimiz onların fəaliyyətinə dəstək verən addım atmaqla öz töhfəmizi verməliyik".