Bakıda taksi sürücüsündən təhlükə! - Maşını idarə edə-edə "poker" oynadı - VİDEO
23 Yanvar 2023 10:08 SosialBakıda taksi sürücüsü özünün və ətrafdakıların həyatını təhlükəyə atacaq inanılmaz addım atıb.
Olaylar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, sürücü avtomobil idarə edən zaman telefonda "poker" oyunu oynayıb. Onu lentə alan isə sərnişindir.
Görüntülərin harda və nə vaxt çəkildiyi məlum olmasa da yeni olduğu iddia edilir.
Həmin videonu təqdim edirik:
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31