Xəzər sahilində yenidən ölü suitilər tapılıb - VİDEO
21 Yanvar 2023 14:55 SosialXəzər dənizinin Dağıstan sahillərində yenidən "Qırmızı Kitab"a düşən suitilərin ölmüş cəsədləri tapılıb.
Olaylar.az-ın APA-ya istinadən məlumatına görə, bir neçə gün ərzində 50-dən çox ölü suiti tapılıb.
İlkin məlumatlara görə, heyvanlar təxminən 2 həftə əvvəl ölüb. Suitilərin ölümləri yoluxucu xəstəliklər və viruslarla əlaqələndirilir.
Qeyd edək ki, daha əvvəl də bir neçə dəfə Xəzər sahilində ölü suitilər aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31