Şadlıq sarayında kütləvi dava - Ata və oğlunu döydülər
21 Yanvar 2023 12:55 SosialGoranboy rayonu Düzqışlaq kəndi ərazisində yerləşən "Eşqin" şadlıq sarayında kütləvi dava-dalaş olub.
Yanvarın 18-i saat 19 radələrində şadlıq evində baş vermiş kütləvi dava zamanı rayonun Dəyirmanlar kənd sakini, 1999-cu il təvəllüdlü Kənan Məmmədov və bir qrup şəxs ata və oğlunu döyüblər. Nəticədə 1992-ci il təvəllüdlü Eşqin Məmmədrzayev və atası Rafiq Məmmədrzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
gundem.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31