Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs həbs olundu
21 Yanvar 2023 11:40 SosialDaxili İşlər Nazirliyi (DİN) Şəhidlər Xiyabanında baş verən insidentə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov açıqlamasında bildirib ki, yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.
Cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31