"Sanki torpaq da onların ölümünə heyifsilənirdi” - VİDEO
19 Yanvar 2023 23:49 Sosial"Xırdalan qəbiristanlığına gəldik. Qəbirqazan yox idi, özümüz qazası olduq. Qəbir də qazılmırdı. Sanki torpaq da onların ölümünə heyifsilənirdi".
Olaylar.az xəbər verir bunu "Baku" TV-də yayımlanan "O kimdir?" verilişində 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib.
Onun sözlərinə görə, Şəhidlər xiyabanına gətirilən ilk şəhidlər İlhamla Fərizə olub.
"Dəfn vaxtı gəldi. Adətə görə qadın kişinin sağında basdırılmalıdır. Fərizənin dəfni ilə bu adəti pozdular. Qardaşı dedi ki, istəmirəm, bacım iki kişinin arasında dəfn olunsun. Qoy elə İlhamın yanında olsun", - deyə E. Allahverdiyev qeyd edib.
Daha ətraflı süjetdə:
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31