AHİK-in rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-in kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31