Bakıda oğurluq edib qaçan əcnəbi hava limanında ələ keçdi

Bakıda xarici ölkə vətəndaşı oğurluq edib Azərbaycandan qaçarkən hava limanında yaxalanıb.

Daxili İşlər Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846.000 rupinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31