Öskürən uşağa hansı meyvənin suyunu vermək olmaz? - ÖZƏL
19 Yanvar 2023 12:36 SosialMövsümlə əlaqədar olaraq uşaqlarda tez-tez xəstələnmə halları baş verir. Onlarda daha çox yüksək temperatur və öskürək müşahidə olunur. Uşaqları xəstəlikdən qorumaq üçün valideynlər bir sıra qabaqlayıcı tədbirlər həyata keçirirlər. Lakin bəzən valideyinlərin tətbiq etdikləri "türkəçarə" xəstəliyin daha da aıərlaşmasına səbəb olur. "Olaylar"ın məlumatına görə, Pediatr Dr.Nigar Suleymanova bildirib ki, öskürən uşağa portağal suyu, nar suyu, mandarin və ssir kimi meyvə sularını vermək onlarda refluksa səbəb olur: "Bu da öskürəyin artmasına gətirib çıxarır. Öskürən uşağa gün ərzində bol maye qəbul etdirmək tövsiyyə olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31