Azərbaycanda daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - FOTO

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən çıxarılıb.

Olaylar.az xəbər verir ki, bununla bağlı DGK sədrinin birinci müavini, sədr vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, komitənin Avtomobil Nəqliyyatı idarəsinin rəisi, gömrük xidməti polkovniki Simurq Cəfərov vəzifəsindən azad edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Unikal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31