DİQQƏT! Bu dərman saxtadır, əhali almasın

Azərbaycanda son həftə ərzində saxta Ozempik preparatı (insulin) aşkarlanmayıb.

Olaylar.az bildirir ki, bu barədə  Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda apteklərdə monitorinqlər aparılır. Mərkəzin apardığı tədbirlərin nəticəsində son həftə ərzində saxta Ozempik preparatı aşkarlanmayıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında ölkənin bəzi apteklərində qeyri-qanuni yolla, dövlət qeydiyyatında olmayan məhdud sayda MP5B060 seriyalı saxta Ozempik preparatının satılması məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31