“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilib - ÖZƏL
18 Yanvar 2023 16:01 SosialYevlaxda 20 Yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunan " 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib. "OLAYLAR" xəbər verir ki, YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, rayonda fəaliyyət göstərən bir sıra idarə,müəssisə və təşkilatların rəhbərləri, qazilər, müharibə iştirakçıları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Yevlax təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki, qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş nöqtəsidir. Sovet rejiminin vandalizm aktı törətməsi nəticəsində onlarla dinc sakinimiz qətlə yetirilmiş, yüzlərlə günahsız insan isə bu faciə zamanı yaralanmış, zərər çəkmişdir.