Xarici jurnalistlər Xankəndi-Laçın yolundakı aksiyanı müşahidə edirlər - FOTO

Xankəndi-Laçın yolunda aksiyanı kanadalı jurnalist və gürcüstanlı bloger müşahidə edirlər.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 38 gündür ki davam edir.

Laçın- Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində keçirilən aksiyanı xarici KİV nümayəndələri və tanınmış bloger müşahidə edirlər.

Belə ki, kanadalı jurnalist Deyv Qordon və gürcüstanlı bloger Tamuna Mumladze (Tako) hazırda aksiyanın keçirilmə səbəbləri baradə məlumat əldə edir, çəklişlər aparırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31