Yardımlı Rayon Tarix Muzeyində 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətlilə tədbir keçirilib - ÖZƏL - FOTO
18 Yanvar 2023 12:16 SosialYardımlı Rayon Tarix Muzeyində 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətlilə tədbir krçirilib. Bu barəd muzüydən "Olaylar"a bildirilib: "Bu gün muzeyimizin salonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətlilə M.F. Axundov adına 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib.Tədbirin əvvəlində muzeyin direktoru Ə.İskəndərov faciə qurbanlarının timsalında bütün şəhidlərimizi bir dəqiqə sükutla yad etməyi xahiş edib.Sonra Ə.İskəndərov məktəblilərə faciə tariximizdən, o cümlədən Yardımlı camaatının da 20 yanvar 1990-cı ilə kimi və azadlıq uğrunda bu qanlı tarixdə iştirakından, verdiyimiz iki şəhid: Alçabulaq kəndindən Fəxrəddin İsayev, o cümlədən Daşkənd hkəndindən Tofiq İsmayılovun qəhrəmanlıqlarından, onların vətənpərvərliyindən, cəsarətindən, ümumilikdə bioqrafiyasından danışaraq məktəbliləri məlumatlandırıb.Meydan hərakatı zamanı Yardımlı camaatının Bakıya-Azadlıq meydanına maddi yardım, ərzaq, odun, geyim və s. göndərilməsindən, bu işdə fərqlənən eloğullarımızın cəsarətindən, həmin 19-dan 20-nə keçən gecədə Yardımlıdan da əliyalın rus tanklarının qarşısına çıxanlardan danışaraq məktəbliləri vətənpərvər olmağa çağırıb.Sonra məktblilərin sualları Ə.İskəndərov tərəfindən cavablandırılıb.Bundan sonra məktəblilər 20 yanvara həsr olunmuş guşəyə baxıb və onları maraqlandıran eksponatlar haqqında məlumat verilib.Axırda məktblilər üçün muzeydə ekskursiya aparılıb".

