Mənzillərin sənədləşməsi hansı halda mümkün ola bilər? - ÖZƏL
18 Yanvar 2023 11:29 Sosial"Bu gün ölkəmizdə rəsmi mənbələrə əsaslansaq dörd milyondan bir qədər artıq yaşayış evi və mənzil vardır. Və bunların cəmi 35 faizədək hissəsinin hüquqi statusu bəllidlir, yəni çıxarışı vardır. Qalan 65 faizədək hissəsi isə sənədsizdir və onunda 10 faizdən bir qədər artıq hissəsinin sənədləşdirilməsi qeyri-mümkündür". "Olaylar" xəbər verir ki, bunu deyən "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyin sədri Vüqar Tofiqli qeyd edib ki, məhz bu hissənin sənədləşdirilməsi isə yalnız o halda mümkün ola bilər ki, mənzilin və ya yaşayış evinin əhatəsində olan kommunikasıya xəttinin yeri dəyişdirilsin: "Bununla yanaşı xeyli bir hissənin sənədləşdirilməsi isə mənzilin inşa edildiyi torpağın təyinatının dəyişdirilməsindən asılıdır. Düşünürəm ki, müvafiq orqanda bu məlumatlar daha dəqiqliklə vardır. Hər halda Dövlət Kadastrı və Reyestri PHŞ-in açıqladığı rəqəmlərə bir qədər aydınlıq gətirilsəydi daha yaxşı olardı. Yəni 94.510 mənzilə verilən çıxarışın neçəsi təkrar mənzil bazarına, üstəlik neçəsi yeni tikililərdə aid olan mənzillərdir. Və ən əsası çıxarış verilən əmlakın neçəsinin ümumiyyətlə sənədsiz mənzil kateqoriyasına aidiyyəti var. 49.371 yaşayış evinin də həmçinin neçəsinin sənədsiz mənzil kateqoriyasına aid olduğu deyilsəydi şəxsən mənim üçün maraqlı məlumat olardı. Yəni efirə bəh-bəhlə ümumiləşdirilmiş rəqəmləri səsləndirmək hər halda məntiqli görünmür və konkret olaraq məqbul sayılmır".