Ağır xəsarət alan FHN sürücüsü öldü - FOTO
18 Yanvar 2023 12:24 SosialDörd gün əvvəl Oğuz rayonunda baş vermiş ağır qəzada xəsarət alan rayonun Sincan kənd sakini Aslan Umarov vəfat edib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A.Umarov dünən Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. O, Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsində sürücü vəzifəsində çalışırmış.
Qeyd edək ki, hadisə vaxtı Aslan Umarovun idarə etdiyi "VAZ-21074" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə A.Umarov və sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
.jpg)
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31