Son 4 ildə yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb
17 Yanvar 2023 15:40 SosialKeçən il 23 mini pensiya, qalanı müavinət və təqaüd təyinatı olan 231 min təyinat elektron qaydada proaktiv şəkildə həyata keçirilib. "Olaylar" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb. Ötən dövrdə 500 min pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 71 mini pensiya, 429 mini müavinət, təqaüd təyinatları olub. Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31