120 nəfər hakim vəzifəsinə təyin edilib
17 Yanvar 2023 14:43 SosialPrezidenti İlham Əliyevin imzaladığı 2019-cu il 3 aprel tarixli Fərmanı ilə artırılmış 200 hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə fasiləsiz seçim prosesi aparılır. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, bu günədək 1.200-dək namizəd sırasından çoxmərhələli prosesi, o cümlədən uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 83 nəfər hakim vəzifələrinə təyin ediliblər. Davam edən seçim prosesindən yüksək bilik nümayiş etdirərək uğur qazanmış daha 40 nəfər namizəd dövlət başçısının 12.01.2023-cü il tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31