Mingəçevir şəhərinə təbii qazın verilməsi DAYANDIRILIB - ÖZƏL

Bu gün günorta saatlarında Mingəçevir şəhərinə təbii qazın verilməsi dayandırılıb. "OLAYLAR" Tərtər Regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir ki,  buna səbəb Mingəçevir Xidmət Sahəsinin xidməti ərazisində yerləşən Mingəçevir QPS-dən qidalanan Günəşli yaşayış massivində yerləşən 20 saylı orta məktəbin qazanxanasına gedən d 57 mm-lik yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulmasıdır. Qaz təzhizatının dayanması ilə əlaqədar 1950 abonent qaz təchizatında fasilə yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31