Bakıda qadın həmcinslərini fahişəliyə cəlb etdi
17 Yanvar 2023 14:01 SosialBakının Nərimanov rayonunda 4 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanıb.
Olaylar.az-ın əldə etdiyi məlumata görə, Aysel Ömərovaya Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham verilib.
Onun barəsində olan cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Gültəkin Əsədovanın icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
Qeyd edək ki, cinayət işi üzrə 4 qadın zərərçəkmiş qismində tanınıb.
Demokrat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31