Goranboyda qumbaraatan tapılıb - FOTO

Goranboy rayonunda qumbaraatan tapılıb.

Daxili İşlər Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisində sellofan torpaya bükülmüş 1 ədəd "RPQ-7H2" tipli qumbaraatan aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31