Baş nazir Əli Əsədov Tofiq Yaqublunun oğluna təltif etdi - FOTO
16 Yanvar 2023 16:23 SosialHazırda inzibati həbsdə olan tanınmış müxalif lider Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu 2-ci Qarabağ müharibəsindəki iştirakına görə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi özünün "Facebook" səhifəsində paylaşıb.
O, bildirib ki, hazırda Amerikada yaşayan qardaşının adından medalı ona veriblər.
Qeyd edək ki, baş nazir Əli Əsədovun imzası ilə medal və medalın vəsiqəsi ailəyə təqdim olunub.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31