Yardımlıda 20 Yanvar faciəsilə bağlı tədbir keçirilib - ÖZƏL - FOTO

Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar "20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu" adlı tədbir keçirilib. "Olaylar" xəbər verir ki, öncə faciə qurbanlarının və ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə faciə haqqında, o cümlədən bu qətliamın unudulmaması üçün ulu öndər Heydər Əliyev tərəfindən atılan addımlardan bəhs edib.Sonra Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova faciənin baş vermə səbəbləri, azadlıq yolunda ilk addım olan bu hadisəyə ulu öndər tərəfindən verilən qiymət barədə ətraflı məlumat veriblər.

Tədbirdə Yardımlı rayon Gənclər İdman İdarəsinin rəisi Şəhriyar Şəbiyev,Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemininin əməkdaşları Gündüz Manafov, Güloğlan İmanov çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər. Yekunda iştirakçılar mərkəzdə təşkil olunan "Qanlı Yanvar - 33!" başlıqlı sərgi ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31