“Türk-İslam sənətlərinin tədrisi və təbliği” layihəsinə start verilir - ÖZƏL

TEM-ART Sənət Mərkəzi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə layihəsi çərçivəsində "Türk-İslam sənətlərinin tədrisi" kursuna qeydiyyat başlayıb. Mənəvi Dəyərlərin Təbliği Fondundan "Olaylar"a bildirilib ki, layihədə gənclərə, tələbələrə islam sənətləri ilə bağlı biliklərin öyrədilməsi, təsviri sənətdə islami mövzuların tətbiqi, islami ornamentlərin tədqiq edilməsi və praktiki tətbiqi, seminarların və sərgilərin təşkil olunması nəzərdə tutulur.Ödənişsiz keçirilməsi nəzərdə tutulan kurslar həftədə 3 saat olmaqla 5 aylıq dövrü əhatə edir. Kurslar bitdikdən sonra iştirakçıların hazırladıqları sənət nümunələrindən  ibarət sərginin keçirilməsi planlaşdırılır.

Qeydiyyat üçün əlaqə vasitələri:

Tel: +99410 528 73 22

Mail: [email protected]

Son qeydiyyat tarixi: 18 yanvar 2023

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31