"Bakı KOB evi"ndə sahibkarlara vergilərlə bağlı xidmətləri göstərilir
14 Yanvar 2023 14:30 Sosial"Bakı KOB evi"ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xidmətlər göstərilir. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, sahibkarlar vergi məsələləri ilə bağlı Dövlət Vergi Xidmətinin xidmət mərkəzləri ilə yanaşı, "Bakı KOB evi"nə də müraciət edə bilərlər. Belə ki, "Bakı KOB evi"ndə biznes subyektlərinə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması, kommersiya hüquqi şəxslərinvə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi, kommersiya hüquqi şəxslərindövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması, fiziki şəxslərin vergi uçotundan çıxarılması, vergi bəyannamələrinin qəbul edilməsi, "ASAN imza"nın verilməsivə vergilərlə bağlı digər xidmətlər göstərilir.
Qeyd edək ki, "Bakı KOB evi" həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir.Burada sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət təqdim olunur.