Maliyyə Nazirliyi işçi axtarır
14 Yanvar 2023 13:06 SosialAzərbaycan Respublikasının Maliyyə Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilmişdir. Nazirlikdən "Olaylar"a bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər 13 yanvar 2023-cü il tarixindən 13 fevral 2023-cü il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında DÖVLƏT QULLUĞU ÜZRƏ MÜRACİƏT FORMASINI doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (http://WWW.DİM.GOV.AZ) əldə etmək olar.