Sosial mediadan istifadə qaydaları üzrə təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşlarına sosial mediadan istifadə qaydaları üzrə təlim keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, təlimdə 25 nəfər Mərkəz əməkdaşı iştirak edib. Çıxış edən Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov günümüzdə sosial medianın təsir imkanlarının əhəmiyyətini qeyd edərək, cəmiyyətdə nümunəvi ailələrin, uğurlu qadınların, istedadlı uşaqların təbliği istiqamətində dövlət qurumu nümayəndələrinin, eləcə də hər bir vətəndaşın aktiv olmasının vacibliyini vurğulayıb.

Dövlət Komitəsinin Kommunikasiya Strategiyası və Sosial Media Siyasəti ilə bağlı məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda mərkəzlərin rəsmi sosial şəbəkə hesablarının təhlükəsizliyinin və aktivliyinin təmin edilməsi, idarə olunması üsulları, vətəndaş müraciətlərinin cavablandırılması qaydaları, eləcə də paylaşımlarla bağlı təlimatlar qeyd edilib.Yekunda iştirakçıların sosial şəbəkələrin idarə edilməsi üzrə qarşılaşdıqları problemlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31